Amerika komandoları Qəzzada kimləri təqib edirlər?
ABŞ İsrailə əsirlərin yerini tapmaqda kömək etmək üçün onlarla xüsusi əməliyyat komandosu göndərib.
Millinews.az xəbər verir ki, Pentaqonun xüsusi əməliyyatlara cavabdeh rəsmisi Kristofer Mayer açıqlama verib. O, İsraildəki Amerika komandolarının HƏMAS-ın oktyabrın 7-də gözlənilməz transsərhəd hücumları zamanı əsir götürülmüş 200-dən çox girovun tapılmasına kömək etdiyini bildirib:
“Bir sıra məsələlərdə israillilərə fəal kömək edirik. Əsas missiyalarımız girovların, o cümlədən amerikalı girovların müəyyən edilməsidir. İsrailə yardım etməliyik. Bunu etmək həqiqətən bizim borcumuzdur. ABŞ-ın bölgədəki Xüsusi Əməliyyat qüvvələri öz vətəndaşlarımızın yerlərindən çıxmasına və səfirliklərimizin təhlükəsizliyini təmin etməyə hazırdır”.
Mayer hazırda İsraildə nə qədər ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin olduğunu söyləməkdən imtina edib. Lakin digər ABŞ rəsmiləri bildirirlər ki, Müdafiə Nazirliyi İsrailə dəfələrlə komando göndərdiyini bəyan edib.
Bəzi Qərb ölkələri mümkün xilasetmə əməliyyatına və vətəndaşlarının İsrail və Livandan genişmiqyaslı təxliyəsinə kömək etmək üçün öz xüsusi təyinatlılarından ibarət kiçik qrupları gizli şəkildə İsrailə göndəriblər.
Aysel Şahmar