Hindistanın yeni adı belə olacaq
Hindistanın adı dəyişdirilə bilər.
Millinews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Hindistanın Milli Təhsil Tədqiqatları və Təlim Şurası dərsliklərdə “Hindistan” adının “Bharat” ilə əvəz edilməsini tövsiyə edib.
Qeyd edək ki, Hindistan Konstitusiyasına görə, ölkənin rəsmi dilləri ingilis və hind dilləridir və ölkə ingiliscə “Hindistan”, hind dilində isə “Bharat” adlanır. Odur ki, əvvəllər Hindistanın bu il sədrlik etdiyi G20 qrupunun sammiti və tədbirləri zamanı “Bharat” sözündən istifadə olunurdu.
“Hindistan” terminindən yalnız Şərqi Hindistan şirkətinin yaradılmasından və 1757-ci ildə Plassey döyüşündən sonra geniş şəkildə istifadə olunmağa başlayıb.