Xəbərlər
Qol vurdu, atası kimi qeyd etdi
“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun oğlu Ronaldo Junior bir neçə gün öncə Ər-Riyad təmsilçisinin akademiyasına qəbul edilib.
Millinews.az xəbər verir ki, 13 yaşlı istedad U-13 və U-15 komandalarında top qovacaq. O, atası kimi 7 nömrəli formanı seçib.
Kiçik Ronaldo yeni komandası üçün ilk qolunu vurub. Penaltidən fərqlənən Junior qol sevincini atası kimi qeyd edib.
Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin qışında “Əl Nəsr”ə transfer edilib.