İdman

O müğənni oğlumun toyundan sonra ərimi əlimdən aldı – VİDEO

Aparıcı İlham Mirzəyev açıqlaması ilə diqqət çəkib.

O, məşhur müğənnini ifşa edib.

Onun keçmişi ilə bağlı faktı üzə çıxaran teleaparıcı bunları deyib:

“Xanım müğənni vardı, yenicə məşhur olmuşdu. O vaxt “Etiraf”la, “Bizi barışdırın” verilişlərini aparırdım. Gəlib gördüm ki, hicablı xanım oturub ağlayır. Komandamız onu çəkib efirə hazırlamışdılar. Qadın dedi ki, o müğənni oğlumun kiçik toyundan sonra ərimi əlimdən aldı. Çörəyə həsrət qalmışıq indi. Məclis boyu həyat yoldaşıma təriflər yağdırdı. O, ifaçının başına pullar səpirdi. Səhəri gün o müğənninin yanına getdi.

Həmin oğlan biznesmen idi. Verilişin efirə getməsinin qarşısını aldım. O kadrlar hələ də əlimdədir. İndi həmin sənətçi göylə gedir, namusdan-qeyrətdən danışır. O verilişi yayımlasam, imici yerlə bir olar. Reytinq üçün sənət adamlarını qurban verməmişəm. Onları sevmişəm. Ancaq özlərini çox yuxarıdan aparıblar. Xalq artistlərinə kimi hamının arxivi məndədir. Danışmadığım adamların sirrlərini ikinci adam məndən eşitməyib”.(milli.az)

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu