Xəbərlər

Pekində 10-cu Syanşan Forumu keçirilir

Pekində “Ümumi təhlükəsizlik, davamlı sülh” mövzusunda 10-cu Syanşan Forumu keçirilir. Oktyabrın 30-da forumun açılış mərasimi təşkil olunub.

Millinews.az xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən foruma dünyanın təxminən 100 ölkəsindən nazir və digər səviyyədə rəsmilər, beynəlxalq və regional təşkilatların, analitik mərkəzlərin rəhbər şəxsləri, yüksək rütbəli hərbçilər qatılıb. Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti forumda iştirak edir.

Açılış mərasimində çıxış edən Çin ordusunun idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədr müavini Can Yousia beynəlxalq təhlükəsizliyin qorunmasında bütün ölkələrin iştirakının vacibliyini vurğulayıb, bu cür forumların dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyətimi qeyd edib.

Forum işini pıenar iclaslarla davam etdirir.

Qeyd edək ki, 2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksək rütbəli hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin iştirakı ilə dünyada, xüsusən də Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır. İki gün davam edəcək forumda müxtəlif mövzular müzakirə olunacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu