Xəbərlər
Ceferin tərəf tutdu: Ukraynanı aşağıladı
UEFA prezidenti Aleksander Çeferin hesab edir ki, İtaliya komandası Avro-2024-ün final hissəsində olmalıdır.
Millinews.az xəbər verir ki, Ceferin italyanların Ukrayna yığmasına qalib gəlməsini istəyir.
“İtaliya Avro-2024-ə vəsiqə qazanmalıdır, əks halda bu, fəlakət olardı. İtaliya çox önəmlidir. Düşünürəm ki, İtaliya Ukraynaya qalib gələcək”, – Çeferin bildirib.
Xatırladaq ki, Ukrayna və İtaliya yığmaları AVRO-2024-ün seçmə mərhələsinin son mərhələsində noyabrın 20-də Almaniyanın Leverkuzen şəhərində qarşılaşacaqlar.