Ölkə

Azərbaycanda olan Mahsun onun məzarını ziyarət etdi – Foto

Bir neçə gündür Bakının qonağı olan türkiyəli müğənni Mahsun Kırmızıgül iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimovun məzarını ziyarət edib. 

İfaçının məzar başından fotolarını M.Mənsimov sosial şəbəkədə paylaşıb. 

“Atamın məzarını indiyədək ziyarət edə bilməsəm də, dostum Mahsun bunu mənim əvəzimə etdi. Çox sağ ol, əziz dost” deyə, iş adamı paylaşımında yazıb.

Qeyd edək ki, Qurban Mənsimov ötən ilin iyununda uzun sürən xəstəlikdən vəfat edib. Mərhum Keşlə qəbiristanlığında torpağa tapşırılıb. / Axşam.az

showpic el100
showpic el100
showpic el100

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu