Xəbərlər

Deutsche Bank: 1970-ci illərdən bəri hələ belə bir təhlükə olmayıb, bəla gözlənilməz yerlərdən gələcək

Dünyada artan geosiyasi risklər son dəfə 1970-ci illərdə müşahidə olunan miqyasda inflyasiya gözləntiləri və staqflyasiyada kəskin dəyişikliklərə səbəb ola bilər.

Qeyd edək ki, staqflyasiya iqtisadi tənəzzülün və iqtisadiyyatın depressiv vəziyyətinin (staqnasiya və artan işsizlik) qiymətlərin artması – inflyasiya ilə bərabər müşahidə olunan bir vəziyyətdir.

Bu fikri “Deutsche Bank”ın analitikləri Henri Allen və Kassidi Eynsuort-Qreys bildiriblər.

G7 ölkələrinin hamısında inflyasiya hədəf göstəricilərindən daha yüksəkdə yer tutur və əsas məsələ onun nə qədər vaxt yüksək səviyyədə qalacağıdır. Ekspertlər qeyd edirlər ki, inflyasiya gözləntilərinin destabilizasiyası mərkəzi bankların qiymət sabitliyini bərpa etmək vəzifəsini çətinləşdirəcək.

“İnflyasiya hələ də pandemiyadan əvvəlki səviyyədən yuxarıdır, onun gələcək trayektoriyasına dair məsələdə arxayın olmamaq vacibdir. Nəhəyət, əgər növbəti şok baş verərsə və inflyasiya ardıcıl üçüncü, hətta dördüncü il hədəfdən daha yüksək olarsa, uzunmüddətli inflyasiya gözləntilərinin stabil olaraq real inflyasiyadan aşağı olmasını təsəvvür etmək getdikcə çətinləşəcək”, – deyə “Deutsche Bank”ın analitikləri bildirib.

Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, hələlik inflyasiya gözləntiləri sabit olaraq qalır. Bundan əlavə, son il yarımda xammal qiymətləri xeyli aşağı düşüb. Digər tərəfdən, bank analitikləri bunun pul-kredit siyasətinin vaxtından əvvəl yumşaldılması üçün bir səbəb olmadığını vurğulayırlar.

Mənbə: İnterfaks Ukrayna

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu