Erez keçid məntəqəsinda QIZĞIN DÖYÜŞ BAŞLADI
Sərhəd bölgəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında yeraltı tunellərdən çıxan silahlılarla döyüşə girib.
Millinews.az xəbər verir ki, bu barədə idarənin “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, İsrail hərbçiləri bir neçə terrorçunu məhv edib və İsraillə Qəzza zolağının sərhədində yerləşən Erez keçid məntəqəsi ərazisinə sızmanın qarşısını alıblar.
“Son saatlarda İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terrorçuları məhv etməyə davam edib. Erez sərhəd-keçid məntəqəsi yaxınlığında fəaliyyət göstərən İDF əsgərləri Qəzza zolağında tunel şaxtasından çıxan bir neçə terrorçunu müəyyən ediblər. Eyni zamanda, terrorçuların məhv edildiyi daha bir neçə döyüş baş verib”, – məlumatda deyilir.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın iki binasına hücum edib .
Oktyabrın 29-da İDF Livandan İsrailə raket atanlara qarşı zərbə endirdiyini bildirib. Həmin gün Fələstin İsrail ordusunun Qəzzada “Əl-Qüds” xəstəxanasının kənarına zərbə endirdiyini elan edib.
Hüseyn İbadlı