Dünya

Ərdoğandan 2 trilyon dollarlıq həmlə – Dünyanı heyrətə gətirdi

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Körfəz turuna başlayıb.

Səfər çərçivəsində Ankara ilə ərəb ölkələri arasında əhəmiyyətli müqavilələrin imzalanacaq. Məlumata görə, səfərin ən əhəmiyyətli mövzusu uzun dəniz daşımaları yerinə İraq üzərindən Türkiyəyə bağlanaraq Körfəz ölkələrinin Avropaya çıxışını təmin edən layihə olacaq. Bildirilir ki, Körfəz ölkələrini İraq üzərindən Avropaya birləşdirəcək İnkişaf Yolu layihəsinin əsas keçid məntəqəsi Türkiyənin Ovaköy Sərhəd Qapısı olacaq. Bildirilir ki, bu layihə 2 trilyon dollarlıq Körfəz kapitalını Qərb kapitalı ilə bir araya gətirərək, iqtisadiyyat üçün yeni qapı açacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu