Xəbərlər

Kosmik hava vəziyyəti ilə bağlı XƏBƏRDARLIQ: 8 və 9 noyabrda…


Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, günəşin səthində ləkələrin sayı artıb, beş ləkə qrupunda 67 ləkə, o cümlədən geoeffektiv tac dəliyi müşahidə olunur. Hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.83 nT, radial istiqamətdə isə 2.33 nT təşkil edir. Kosmik hava qeyri-sabitdir və G2 (orta) səviyyəli qasırğa gözlənilir.

Noyabrın 7-dən 13-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə beş faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.

Geomaqnit sahəsinin noyabrın 8 və 9-da fəallığını saxlayacağı və daha sonra normala dönməsi proqnozlaşdırılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu