Xəbərlər

Həmid Həmidov Qərb mediasında münaqişələrin işıqlandırılmasındakı ikili standartlardan danışıb – VİDEO

“Ağ Ev qeyd-şərtsiz İsraili dəstəkləsə də, ABŞ, eləcə də Avropa mətbuatı Yaxın Şərqdəki hadisələri hərtərəfli işıqlandırır. Lakin Azərbaycana münasibətdə Qərbin davranışı yalnız birtərəflidir ki, bu da ikili standartların növbəti təzahürüdür”.

Bu fikirləri “Global Media Group” şirkətinin media direktoru, tanınmış jurnalist Həmid Həmidov səsləndirib.

O bildirib ki, nə Qərb, nə də Rusiya heç vaxt Qarabağ münaqişəsinin həllinin və Azərbaycanın öz suverenliyini bərpa etməsinin tərəfdarı olmayıb.

Jurnalist dünya mediasında Cənubi Qafqazda baş verən proseslərə qərəzli yanaşmanın mövcudluğunu dilə gətirib.

“Xarici ölkələrin rəsmiləri bir yana, onların mətbuatı da bölgəmizdə baş verənləri daim birtərəfli işıqlandırıb. Burada əlbəttə ki, erməni diasporu və onun nümayəndələrinin dünya mediası ilə əlaqələri mühüm rol oynayır. Məsələn, biz çox sayda erməni əsilli şəxslərin Rusiya mediasında çalışdığını bilirik. Həmçinin, Fransa və ABŞ mediasında da məhz erməni əsilli jurnalistlərin yazdığı birtərəfli məqalələri görmək mümkündür”, – deyə H.Həmidov qeyd edib.

O vurğulayıb ki, Qərb mediasının Azərbaycana münasibətini bizim uğursuz fəaliyyətimiz və ya yanlış yanaşmamızla əlaqələndirmək doğru deyil. Belə ki, bu ilk növbədə həmin ölkələrin rəhbərliyinin Azərbaycana münasibətini əks etdirir və erməni diasporunun geniş əlaqələrindən qaynaqlanır.

Daha ətraflı BakuTV-nin videomaterialında:

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu