İdman

Onlara xəbərdarlıq edildi: Niyə veclərinə almadılar? – TV rəhbərləri… – ŞOK İDDİA

Təqribən 2 ay öncə Prezident Administrasiyası təərfindən ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərlərinə kanalda yayımlanan bəzi verlişlərlə bağlı xəbərdarlıq edildiyi deyildi. 

Qeyd edildi ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşılığa doğru” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. 

Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bildirilərək ən qısa zamanda tədbir görülməsi tələb olundu.

Bundan sonra bəzi verilişlərin efir saatı 2 saat, 30 dəqiqə kimi aralıqlarda azaldıldı. 

Buna baxmayaraq, verilişlərin məzmununda hər hansı dəyişiklik müşahidə olunmadı.

Sözügeən layihələrin rəhbərləri və aparıcıları edilən xəbərdarlıqlardan niyə nəticə çıxarmadılar? 

Məsələ ilə bağlı Yenisabah.az-a teleaparıcı Kamran Həsənli danışıb. 

O, bu xəbərdarlıqların efirdə ciddi dəyişikliklərə səbəb olmadığını bildirib: 

“Mən televiziyaya baxmıram, amma bilirəm ki, heç bir dəyişiklik yoxdur. Çünki sosial şəbəkələrə insanların narazılığı davam edir. Efiri o hala salan televiziya rəhbərinə xəbərdarlıq edib nəyisə dəyişməyini gözləmək çox gülməlidir. O efiri bu cür hala salan zatən elə həmin adamlardır. Televiziya rəhbərlərinin həyata baxışı bu cür verilişlərdən ibarətdir, o heç nəyi dəyişə bilməz. Efirdə nə görürsünüzsə, o, bizim telekanal rəhbərlərinin orqanik görüntüsüdür. 

Mən bunu peşəkar, həmin fabrikin içindən çıxan biri kimi deyirəm, mən 25 il bu sahədə olmuşam. Bəzən iclaslarda televiziya rəhbərləri deyir ki, elə bilirsiniz mən belə adama, yox, çox intellektualam filan. Lakin belə deyil, iki kəlmə danışırsan, görürsən ki, elə həmin verilişlərin səviyyəsindədirlər. Televiziya rəhbəri özü kimi kollektivi yığır ətrafına və ancaq pul yeməklə məşğuldurlar. 

Pul yemək üçün də mütləq gərək aşağı təbəqəyə kəllə vurasan. Çünki normal düşüncəli insan pul verib televiziyaya çıxmaz. Ona görə də bütün istedadlar, intellektual insanlar qalıb kənarda. 

Kim nə cür yaşayırsa, televiziya kanalını da ona döndərir. əgər o insanların özləri televiziya rəhbərliyindən çıxarılmasa, heç bir dəyişiklik olmayacaq. Konsepti yalnız normal düşüncədə olan biri dəyişə bilər”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu