Xəbərlər
“HƏMAS döyüşçüləri keçən ay İranda təlim keçib”
“HƏMAS döyüşçüləri keçən ay İranda 7 oktyabr hücumu üçün təlim keçib”.
Millinews.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl də İsrail dəfələrlə İranı HƏMAS-ın koordinasiyalı hücumunun arxasında duran əsas qüvvə olmaqda günahlandırıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.