Xəbərlər
Mourinyoya görə komandadan gedir
“Roma”nın hücumçusu Tammi Abraham yaxın gələcəkdə İngiltərə Premyer Liqasına qayıda bilər.
Millinews.az xəbər verir ki, “Teamtalk” nəşrinin iddiasına görə, bu, komandanın hazırkı baş məşqçisi Joze Mourinyonun Roma klubunu tərk edəcəyi təqdirdə baş verəcək. Portuqaliyalı mütəxəssisin “canavarlar”la sözləşməsi mövsümün sonunda bitəcək. Tərəflər yeni müqavilə imzalamaqda maraqlı deyillər.
Buna görə də Abraham “Roma”da qalmaq istəmir. Ona görə də vətəninə dönməyin yollarını axtarmağa başlayıb.
Ötən mövsüm Abraham romalıların heyətində 54 oyun keçirib. O, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. İngiltərə millisinin üzvü yayda çarpaz bağlarından ağır zədə aldığından, bu mövsüm debüt edə bilməyib.
Heybət