Xəbərlər

Vinisius “El Klassiko”da irqçiliklə üzləşdi

afb26e3a 1c0f 34d6 8aea b47ea561d270 850

İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior növbəti dəfə irqçiliyə məruz qalıb.

Millinews.az “Marca”ya istinadən xəbər verir ki, “Barselona” azarkeşləri komandalarının 1:2 hesabı ilə uduzduğu “El Klassiko”da 23 yaşlı hücumçunu təhqir ediblər.

Braziliyalı oyunçu matçın sonuna əlavə edilmiş 6-cı dəqiqədə əvəzlənərkən irqçiliklə üzləşib. O, meydanı tərk edərkən Kataloniya təmsilçisinin fanatlarını istehza ilə alqışlayıb. Yerli tərəfdarlar Vinisius Junioru “meymun” adlandırıblar. Hətta onlardan biri banana bənzəyən əşyanı futbolçuya tərəf atıb.

“Barselona” klubu məsələni araşdıracağını açıqlayıb.

Qeyd edək ki, Vinisius Junior “Sevilya” ilə 1:1 hesablı heç-heçə etdikləri La Liqanın 10-cu turunun oyununda da təhqir olunmuşdu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu