Maqazin
Meyxanaçı müğənni: Ərim toyda öldü, yaşda atamdan böyük idi
Meyxanaçı-müğənni Samirə Yusifqızı şəxsi həyatı barədə maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o qatıldığı proqramlardan birində ailə həyatından bəhs edib.
“Yoldaşım rəhmətə gedəndə qızımın altı, oğlumun səkkiz yaşı var idi. 10 il ailəli olmuşam. Toyda idik, mən ifa edirdim, o oynayırdı. Halı dəyişdi. Əyləşdirdik masaya, elə orda da dünyasını dəyişdi. Aramızda 22 yaş fərq var idi. Yaşda hətta atamdan da böyük idi. Evlənəndə mənim 18 onun 40 yaşı var idi. Mən onun ikinci ailəsi idim”,- deyə o bildirib.