Həlak olan bacı-qardaşın valideynləri də vəfat edibmiş – FOTO
AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan bacı-qardaşların ata-anaları vəfat edib.
Modern.az həlak olan 2005-ci il təvəllüdlü Xədicə Əlimirzəyevin fotosunu təqdim edir:
***
AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan iki nəfəri Qusar rayon sakinidir.
Suduroba kənd sakinləri – bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərdir.
Modern.az-ın məlumatına görə, vəfat edən bacı-qardaşın valideynləri olmayıb.
Məlumata görə, gənclərin ataları Mirzəbəy Əlimirzəyev 8 il əvvəl Rusiyada baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.
Bacı-qardaş hadisədən bir müddət əvvəl Türkiyəyə getməyi planlaşdırıblar. Onların niyə Qroznıya yola düşdüyü məlum deyil.