Paytaxt yollarında tıxac yarandı – SİYAHI
![Paytaxt yollarında tıxac yarandı - SİYAHI 1 05d9b623 f77e 3bd3 a802 9ffd1cf00fc5 850](https://millitv.net/wp-content/uploads/2023/10/05d9b623-f77e-3bd3-a802-9ffd1cf00fc5_850-780x470.jpg)
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
Millinews.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
3. “20 Yanvar” dairəsində;
4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Tbilisi prospekti, hər iki istiqamətdə;
6. Bakıxanov küçəsi, “Dədə Qorqud” parkı istiqamətində;
7. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;
8. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;
9. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində;
10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);
11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
12. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.