Xəbərlər
Zelenski Aİ sammitində çıxış edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 26-27-də Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində çıxış edəcək.
Millinews.az xəbər verir ki, bu barədə dövlət başçısı teleqram kanalında yayımlanan videomüraciətində məlumat verib.
“Sabah mənim cədvəlimə Aİ ölkələrinin liderləri səviyyəsində iclasda iştirak daxildir”, – Zelenski bildirib.
İclasda Ukrayna Prezidenti Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi məsələsini qaldırmağı planlaşdırır.