Xəbərlər

Çin və ABŞ hazırlıqlara başlayıb

abs cin

Çin və ABŞ səlahiyyətliləri Amerika prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin arasında görüş təşkil etmək üçün hazırlıqlara başlayıblar.

Millinews.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

“Hər iki tərəf San-Fransiskoda iki ölkənin liderləri arasında görüş təşkil etmək üçün birgə səylər göstərməyə razılaşıblar”, – Çin diplomatları bildirib.

Çin Xarici İşlər Nazirliyi Çinin xarici işlər naziri Vanq Yi ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında baş tutan görüşü də şərh edib.

Departament qeyd edib ki, iki ölkə nümayəndələri arasında söhbət zamanı beynəlxalq məsələlər, o cümlədən əlaqələrin yüksək səviyyədə saxlanılması, həmçinin Fələstin-İsrail münaqişəsi müzakirə olunub.

Bayden və Si Cinpinin görüşə biləcəyi San-Fransisko noyabrda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcək.

Tural

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu