Xəbərlər
44 yaşlı kişini maşın vurub öldürdü
Sumqayıtda 44 yaşlı kişini avtomobil vuraraq öldürüb.
Millinews.az report-a istinadən xəbər verir ki, hadisə Sülh prospekti ilə Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Hafiz Tanrıverdiyev yolun əks istiqamətinə keçmək istəyərkən onu avtomobil vurub. O elə hadisə yerində dünyasını dəyişib.
Əraziyə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, təcili tibbi yardım xidmətinin briqadası cəlb olunub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.