İdman

Nazirdən işsizlərə şad xəbər – 450 min…

Dövlət Məşğulluq Agentliyi tərəfindən 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması proqnozlaşdırılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, bu il 15 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunması, habelə peşə hazırlığı və peşəyönümü xidmətlərinin davam etdirilməsi planlaşdırılır.

“2026-cı ildə əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması Nazirlik üçün prioritet hesab olunacaq”, – nazir qeyd edib.

Nazir əvvəlki açıqlamalarında bildirmişdi ki, İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində nəzərdə tutulur.

O qeyd edib ki, 2025-cu ilin 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib:

“2026-cı il isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcəyi gözlənilir. Əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İSF büdcəsinin xərclərinin 29%-i təşkil edəcək.

Növbəti ildə İSF-nin vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə yeni zərfin tətbiqinə başlanılacaq”.

A.Əliyev əlavə edib ki, bu il işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17 min 500-ə yaxın müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu