Barış Mançonun bu vəsiyyəti 50 il sonra yerinə yetirildi
Mərhum türkiyəli müğənni Barış Mançonun 50 il əvvəl etdiyi vəsiyyəti yerinə yetirilib.
Millinews.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı Türkiyənin 100 illik yubileyi üçün xüsusi olaraq “2023 marşı” yazıb. Manço bu marşın Cümhuriyyətin 100-cü ildönümündə – 2023-cü ildə simfonik şəkildə ifa olunmasını istəyib.
Türkiyənin məşhur Senforok Orkestri marşı ifa edərək Mançonun vəsiyyətini yerinə yetirib.
Belə ki, İstanbulda mərhum ifaçının həyat yoldaşı Lale Mançonun da dəvət aldığı proqramda onun 14 əsəri və sözügedən marşı səsləndirilib.
Qeyd edək ki, Manço 1999-cu il fevralın 1-də 56 yaşında Kadıköydəki evində ürək tutmasından vəfat edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.