Xəbərlər

Daha bir ölkə İsrailə MÜHARİBƏ ELAN ETDİ

qezza

Yəmən üsyançılarının “Ənsar Allah” (“Husi”) hərəkatının və Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səriya İsrailə qarşı hərbi əməliyyata başladığını elan edib.

Millinews.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində videomüraciət yayıb.

Onun sözlərinə görə, əməliyyat məzlum Fələstin xalqına və onların döyüşkən müqavimətinə dəstək olmaqdır.

“Sky News” xəbər verib ki, “Husi” silahlı qruplaşması İsrailə çox sayda ballistik raket və pilotsuz təyyarələr atdığını iddia edib.

“Bu, artıq İsraili hədəf alan üçüncü hücumdur. İsrailə daha çox hücumlar ediləcək”, – silahlı qrupun sözçüsü bildirib.

“Husi”lər artıq İsrail ərazisinə bir sıra dron və ballistik raket zərbələri endiriblər.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağının dərinliklərində Fələstinin HƏMAS hərəkatı ilə şiddətli döyüşlərin getdiyini bildirmişdi. Hərbçilər qruplaşmanın anklavın şimal hissəsindəki forpostuna hücum edərək, tank əleyhinə raket qurğularını, müşahidə məntəqələrini məhv edib, çoxlu silah və sursat ələ keçirib.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatın genişləndirilməsini əhatə edən üçüncü mərhələnin başlandığını bildirib.

Qeyd edək ki, “Husi”lər və ya “Ənsarullah” (anṣār allāh أنصار الله “Allahın köməkçiləri”) – Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş dəstəyə verilən addır. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husi yə görə verilib. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004`cü ildə silahlı ixtişaş törədib. Həmin ildən İrandan və “Hizbullah” qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu