Xəbərlər

Sumqayıtdakı silahlı hücum zamanı xəsarət alanların vəziyyəti açıqlandı


Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Millinews.az Apa-ya istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakuşun əməliyyat olunduğu, vəziyyəti ağır olaraq qiymətləndirildiyi bildirilib.1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu