Xəbərlər

Məşhur futbolçunun atası qaçırıldı – Ölkə ayağa qalxdı


Kolumbiya hökuməti İngiltərənin “Liverpul” klubunda çıxış edən futbolçu Luis Diazın atası Luis Manuel Diaz və anası Cilenis Marulandanın qiyamçı təşkilat Milli Azadlıq Ordusu tərəfindən qaçırıldığını açıqlayıb.

Millinews.az xəbər verir ki, Kolumbiyanın hökumət nümayəndəsi Otty Patinonun açıqlamasına görə, Diaz ailəsi Quajira inzibati bölgəsindəki Barrankas qəsəbəsində qaçırılıb. Onların tapılması üçün təhlükəsizlik qüvvələri 130 polis və 110 əsgərlə genişmiqyaslı əməliyyata başlayıb. Axtarışlar nəticəsində Diazın anası Cilenis Marulanda Barrancas çölündə tapılıb. Kolumbiyanın “El Tiempo” qəzetində dərc olunan xəbərdə qiyamçılar Diazın atasını azad edəcəklərinə dair söz veriblər. Diaz ailəsinin qaçırılması Kolumbiyada sakinlərin etirazına səbəb olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu