Xəbərlər
Füzulinin ilk yaşayış məhəlləsində 849 ailə məskunlaşdırılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“2023-cü ilin sonu, 2024-cü ilin I rübünə qədər Füzulinin ilk yaşayış məhəlləsində 849 ailə məskunlaşdırılacaq”.
APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O, Füzuli Şəhəri Günü münasibətilə füzuliləri təbrik edib:
“Bu cür bayram tədbirləri ildən-ilə daha da möhtəşəm keçiriləcək”.