Xəbərlər

Bakıdan Naxçıvana və əks istiqamətdə səyahət edənlərin nəzərinə


AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə səyahəti əvvəlcədən planlaşdırmağı tövsiyə edir.

AZAL-dan Millinews.az-a verilən məlumata görə, Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, aviaşirkət reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.

Aviadaşımaların pik dövrü həmişə sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.

Qeyd edək ki, AZAL sərnişinlərin rahatlığına və seçiminə xüsusi önəm verir. HazırdaBakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı 6 reys təşkil edir.

Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqdən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

“Azərbaycan Hava Yolları” www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Təlimatla aşağıdakı videodan tanış ola bilərsiniz:

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54. “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu