Xəbərlər

Vanda Nara ağır xəstəliyə tutulduğunu təsdiqlədi: Nəfəsim kəsilir

icardi wanda nara losemi

“Qalatasaray”ın futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Naranın xəstə olduğu barədə uzun müddətdir yayılan informasiyalar təsdiqini tapıb.

Millinews.az xəbər verir ki, bu barədə Vandanın özü sosial şəbəkə hesabında paylaşım edib. O, leykoz xəstəsi olduğunu açıqlayıb.

“Mən leykoz xəstəsiyəm. Əvvəlcə “məndə nəsə var” deyirdim. Sonra bunu xəstəlik adlandırmağı bacardım. İndi adını qoydum. Xəstəliyin gedişindən asılı olaraq dəyişən müalicə alıram. Hər həftə nəticələri götürməyə gedəndə nəfəsim kəsilir”, – deyə paylaşımında bildirib.

Qeyd edək ki, Vanda Nara Argentinada “Fundaleu” adlı ixtisaslaşdırılmış hematoloji mərkəzdə müalicə alır.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu