Xəbərlər

Xalq artisti kürəkəni ilə oxuduğu mahnını təqdim etdi

1696830521 photo 5269223856676129856 yjpg 1696839285

Xalq artisti Mələkxanım Eyyubova ilə kürəkəni Mərdan Kazımov birlikdə ifa etdikləri “Unuda bilmirəm” mahnısını təqdim ediblər.

Millinews.az xəbər verir ki, musiqisi Hacıbaba Həsənova, sözləri Novruz Gəncəliyə məxsus bəstənin klipi artıq yutub platformasına yerləşdirilib. “Unuda bilmirəm”ə rejissor Alvin Mahmudov ekran həyatı verib.

“Bir il idi ki, “Retrock” albomu üzərində çalışırdıq. Bu duet də həmin albomda yer alıb. Çox şadam ki, dəyərli sənətkarımızla işbirliyimiz oldu”, – Mərdan bildirib.

Qeyd edək ki, “Unuda bilmirəm” Mərdan Kazımovun “RETROCK” albomunda yer alıb.

Xatırladaq ki, sözügedən ifa ilk dəfə Xalq artistinin qızı, aparıcı Nəzrin Nəcəfova ilə Mərdan Kazımovun nişanında təqdim olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu