Xəbərlər

DYP AYNA ilə birlikdə bu küçədə avtobusların hərəkətini tənzimləyir


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları birgə Zərifə Əliyeva küçəsində avtobusların hərəkətini tənzimləyir.

Bu barədə Millinews.az AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, adıçəkilən küçədə dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi. Nəticədə avtobuslar sərnişin götürmək üçün dayanacağa daxil ola bilmir və sərnişinlər isə avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar. Bu isə həm tıxac yaradır, həm də qrafikdə gecikmələrə səbəb olur. Çoxsaylı müraciətlər nəzərə alınaraq Zərifə Əliyeva küçəsində avtobuslar nəzarətə götürülüb.

a9e17e9771 17 49 58 0cd4326b b58f 30bd af3b 5f8a1a3aac4a



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu