Xəbərlər
Şəkidə 41 yaşlı kişi qətlə yetirilib
Şəkidə 41 yaşlı kişi qətlə yetilirb, hadisəni törədən şəxs polisə təslim olub.
Millinews.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.