Xəbərlər
Ərdoğan Qazaxıstana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edəcək.
Millinews.az xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat xidməti məlumat yayıb.
Səfər 2-3 noyabr tarixlərində baş tutacaq.
Ərdoğan səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək X sammitində iştirak edəcək.
Toplantı zamanı liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, cari, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Türkiyə liderinin ikitərəfli görüşləri də nəzərdə tutulub.