Xəbərlər

Ölən ananın bətnindəki körpə xilas edildi

Mühasirəyə alınmış Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərindəki Nasır Xəstəxanasının həkimləri İsrail bombardmanı nəticəsində ölən qadının bətnindəki körpəni xilas ediblər.

Millinews.az xəbər verir ki, xəstəxananın yeni doğulanlar bölməsinin həkimlərindən olan Əsəd ən-Nəvaciha verdiyi açıqlamada,”İsrailin Qəzza zolağında bombardmanları nəticəsində təkrarlanan faciəvi bir humanitar hekayə ilə qarşı-qarşıyayıq” ifadələrini işlədib.

2129696

Ranim Hicazi adlı hamilə qadının bu səhər Nasır Xəstəxanasına ölü olaraq gətirildiyini bildirən Nəvaciha, “Körpə tibb işçiləri tərəfindən ananın qarnından çıxarıldı və sağ olduğu müəyyən edildi. Dərhal götürdük, həyata qaytardıq və lazım olanı etdik. O, hazırda inkubatordadır, oksigenlə bağlıdır”, – deyə açıqlayıb.

2129697

Həkim körpənin səhhətinin stabil olduğunu bildirib. O, ananın İsrail bombardmanlarından qorunmaq üçün Qəzza şəhərinin cənubundakı Xan Yunusa getdiyini bildirib.

2129700

Xatırladaq ki, bundan əvvəl İsrail Qəzza zolağının şimalında yaşayanları “təhlükəsiz” olduğunu iddia edərək, cənuba getməyə çağırmışdı, lakin İsrail döyüş təyyarələri cənubda bir çox evi hədəf almağa davam edir.

Nəzrin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu