Maraqlı
Erməniəsilli şəxs Kanadadakı Azərbaycan Evinə hücum etdi – Video
Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin qaynar xəttinə Toronto Azərbaycan Evindən məlumat daxil olub.
Bildirilib ki, gecə saatlarında erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hücum edən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.
Qeyd edək ki, 2022-ci ilin sentyabr döyüşlərindən sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bütün Azərbaycan evlərinə təhlükəsizlik təlimatı göndərilib.