Xəbər verdiyimiz kimi, hazırda ABŞ-də yaşayan aparıcı Natiq Nailəoğlu öz həmcinsi ilə nişanlanıb.
Aparıcı bu barədə özünün sosial şəbəkə hesabında məlumat yaymışdı. O, paylaşdığı fotoya “nişanlımla” qeydini yazıb.
Qeyd edək ki, Natiq Atakişiyev ANS-də və digər yerli televiziyalarda aparıcılıq edib. O, daha sonra yerli kanallların birinin ABŞ müxbiri kimi fəaliyyət göstərib. Hazırda xarici media qurumunda Amerika müxbiri kimi çalışır.
Sosial mediada paylaşılan iddiaya görə, aparıcının həmcinsi ilə nişanlanmasının səbəbi ABŞ vətəndaşı almaq istəməsi ilə bağlıdır. Bildirilir ki, aparıcının nişanlandığı həmcinsi ABŞ vətəndaşıdır və bu, azərbaycanlı aparıcıya da ABŞ vətəndaşı olmaq hüququ verə bilər.