Xəbərlər
Cəmisi 2 faiz ağlasığmaz məbləğ edir
Bütün dünyada milyarderlərdən vergi toplamaq istəyirlər.
Millinews.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Vergi Müşahidə Qrupu milyarderlərə iki faizlik qlobal vergi təklif edib. Bu isə təqribən 250 milyard dollar deməkdir.
Müşahidə Qrupu öz hesabatında qeyd edir ki, sözügedən məbləğ bütün dünya üzrə 2750 milyarderin gəlirinə minimum dərəcədə tətbiq edilsəydi, toplana bilərdi. Lakin bu, illər çəkəcək.
Bildirilir ki, hazırda zənginlərin sərvətlərindcən yalnız 0 faiz (məsələn, Fransa) ilə 0,5 faiz (ABŞ) arasında vergi tutulur.
Məlumata görə, Rusiya da milyarderlərin vergilərini artırmağı lazım bilir.