Ölkə

SSRİ-ni silkələyən qətl: Azərbaycana beş il rəhbərlik edən Kirovun müəmmalı həyatı

Sergey Mironoviç Kostrikov 1886-cı ildə Urjum şəhərində kasıb bir ailədə anadan olub. Atası meşəçi, anası evdar qadın idi. Ailədə yeddi uşaq olsalar da, dördü hələ körpə vəfat edib.

Günlərlə evə gəlməyən, içki düşkünü olan atası Miron bir gün üç körpə övladını xəstə arvadının ümidinə qoyaraq evdən gedib. Sergey tezliklə anasını da itirir. Anası vəfat edəndən sonra iki bacısını nənəsi öz himayəsinə götürür, Sergeyi isə uşaq evinə verib.

Yetimlər evində böyüyən Sergey buranı tərk edərək, inqilabçılarla görüşür. 1904-cü ildə Kazan mexanika-texnika məktəbini bitirən Sergey Kommunist Partiyasının sıralarına yazılır. O, 1905-ci ildən partiyanın tapşırığı ilə tətillər təşkil edir, yığıncaqlar keçirir, gizli mətbuat yaradır və başqa inqilabi işlər aparır. Bu fəallıq polisin diqqətindən yayınmayıb.

Sergeyi həbs ediblər. O, 1909-cu ildə həbsdən qaçaraq, Vladiqafqaza gəlir və “Terek” qəzetində işə başlayıb və 1912-ci ildə ilk dəfə mətbuatda “Sergey Kirov” imzası ilə məqaləsi çap olunub və beləliklə, yetim Sergey “Yoldaş Kirov”a çevrilib. 1917-ci ildə Peterburqda Oktyabr silahlı üsyanında fəal iştirak edən Kirov uzun döyüş yolları keçib. O, 1919-cu ilin yanvarında Orconikidze ilə 11-ci Qırmızı Ordunun Şimali Qafqaza hücumuna rəhbərlik edərək 1920-ci il aprelin 30-da 11-ci Qırmızı Ordu ilə birlikdə Bakıya gəlib.

Yoldaş Kirov 1921-ci ilin iyununda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilib. Kirov Azərbaycana gəldiyi ilk gündən silahdaşları ilə birlikdə neft hasilatının artırılması, neft sənayesinin bərpası və texniki cəhətdən qurulması sahəsində işlər aparıb. Kirovun ömür-gün yoldaşı tərəfdən bəxti gətirmir. Yəhudi qızı Mariya Markusla 20 il ömür sürən Kirov övlad üzünə həsrət qalıb. Çox təkəbbürlü və eqoist olan Mariya Kirov Azərbaycanda birinci katib olarkən açıq-saçıq geyimləri, yüngül hərəkətləri ilə həmişə diqqət mərkəzində olub.

Kirov Leninqrada getdikdən sonra Mariyaya daha çox etinasızlıq göstərir və müxtəlif qadınlarla eşq macərası yaşayıb. Kirov Stalinlə ilk dəfə hələ 1917-ci ildə Sovetlərin ikinci Ümumittifaq qurultayında görüşüb. Sergeyin təmiz, məntiqli nitqi, səliqəli görkəmi ilk baxışdan Stalinin diqqətini cəlb edib.

İlk tanışlıq sonralar möhkəm dostluğa çevrilib. Lakin Stalinin digər dostları kimi çox keçməmiş Kirovun da kitabı bağlanıb. Lenin öldükdən sonra bolşevik rəhbərliyində mövqe üstündə ölüm-dirim mübarizəsi başlayıb. Stalin özünə xas məharətlə rəqiblərini bir-bir aradan götürüb. Leninqradda daha yüksək mükafatlara – “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə layiq görülən Sergey Mironoviç Kirov 1934-cü il dekabrın 1-də öz iş otağının qapısı ağzında Lev Nikolayevin arxadan tapança ilə açdığı atəş nəticəsində qətlə yetirilib.

Ətraflı Baku TV-nin süjetində:

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu