Xəbərlər

Makron Özbəkistana getdi

makron fikir

Fransa prezidenti Emmanuel Makron Özbəkistana rəsmi səfər edib.

Millinews.az xəbər verir ki, bu barədə Özbəkistan Milli İnformasiya Agentliyi məlumat yayıb.

Səmərqənd beynəlxalq hava limanında onu Baş nazir Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Səmərqənddə keçiriləcək yüksək səviyyəli danışıqlarda Özbəkistan və Fransa arasında çoxtərəfli münasibətlərin gələcək inkişafı məsələləri müzakirə olunacaq.

Məlumata görə, ticarət-iqtisadi, innovativ, investisiya və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olacaq.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Makronun birgə biznes forumda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Makron bu gün Qazaxıstanda olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu