Xəbərlər
“Qəbələ” növbəti mərhələyə vəsiqə qazandı
“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Millinews.az-ın məlumatına görə, “qırmızı-qaralar” I mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 56-cı dəqiqədə Kənan Baxışov fərqlənib.
Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.
Beləkiklə, “Qəbələ” iki görüşün nəticəsinə əsasən növbəti raunda yüksəlib. Komanda bu mərhələdə “Leççe” (İtaliya) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi ilə görüşəcək.