Xəbərlər

UEFA Avroliqayla bağlı siyahı açıqladı:”Qarabağ” ikinci, “Bayer” birinci

UEFA Avropa Liqasının rəsmi sosial şəbəkə səhifələri bu yarışın iştirakçısı olan komandaların son 5 matçdakı çıxışına əsasən TOP-10 siyahısını hazırlayıb.

Millinews.az xəbər verir ki, siyahı komandaların Avroliqa və daxili çempionatdakı nəticələrinə əsasən tərtib olunub.

Siyahıya Almaniyanın “Bayer” klubu başçılıq edir. Onlar 2 Avroliqa və 3 yerli liqa olmaqla son 5 oyunun hamısında qələbə qazanıblar.

Reytinqdə ikinci yeri isə “Bayer”in qrupdakı rəqibi olan “Qarabağ” tutur. Azərbaycan təmsilçisi 5 matçdakı oyunlardan 4-də qalib gəlib, yalnız son turdakı görüşdə heç-heçə edib.

İlk üçlüyü Avstriyanın “Şturm” komandası qapayır (4 qələbə, 1 məğlubiyyət).

Qeyd edək ki, “Bayer” və “Qarabağ” komandaları oktyabrın 26-da üz-üzə gələcəklər.

Heybət

190033 28ee0vhy60

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu