Xəbərlər

Bakıda silah-sursat aşkarlandı – VİDEO

sil

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Millinews.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş istifadəyə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 3 ədəd 5x45mm PS mərmi, 1 ədəd lüləsi kəsilmiş “TOZ-63” 16 mm kalibrli ov tüfəngi götürülüb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu