Xəbərlər

“Azəriqaz”ın əməkdaşı qəfil vəfat etdi


Ağdaşda “Azəriqaz”ın əməkdaşı qəfil dünyasını dəyişib.

Millinews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Əfqan Şirinov dünən səhhətindəki problemlə əlaqədar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bir qədər sonra o, qəflətən vəfat edib.

Xəstəxanadan bildirilib ki, Ə.Şirinov ürəktutma səbəbindən həyatını itirib.

Mərhumun yaxınları isə 48 yaşlı şəxsin ona vurulmuş antibiotik səbəbindən şoka düşərək vəfat etdiyini iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu