Ərdoğan Türkmənistan Prezidentini belə qarşıladı
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir.
Millinews.az xəbər verir ki, Süvarilər Türkmənistan liderinin rəsmi avtomobilini Prezident Kompleksinin qarşısındakı küçədə qarşılayıb və maşını protokol qapısına qədər müşayiət ediblər.
Sonra 21 artilleriya atəşinin müşayiəti ilə iki ölkənin dövlət himnləri səsləndirilib.
Rəsmi qarşılanma mərasimindən sonra ölkə başçıları arasında görüş keçirilib.
Liderlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə danışıb, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Dövlət başçılarının təkbətək və geniş tərkibli görüşlərindən sonra birgə mətbuat konfransı, həmçinin sənədlərin imzalanması mərasimi baş tutacaq.
Qeyd edək ki, S.Berdiməhəmmədovun prezident kimi Türkiyəyə ilk rəsmi səfəri iki gün davam edəcək.
Xatırladaq ki, Türkmənistanın müstəqilliyini ilk tanıyan ölkə məhz Türkiyə olub.