Quterreşin bu bəyanatı İsraili qəzəbləndirdi: İstefasını tələb edirlər
“Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumuna təkan verən yəhudi dövlətinin Fələstin ərazilərinə nəzarətini davam etdirməsidir” bəyanatından sonra İsrail BMT-nin baş katibi Antonio Quterreşin istefasını tələb edib.
“HƏMAS hücumlarının boşluqda baş vermədiyini də etiraf etmək vacibdir”, – Quterreş BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı iclasında deyib. “Fələstin xalqı 56 ildir boğucu işğala məruz qalıb. Onlar öz torpaqlarının davamlı şəkildə tükəndiyini gördülər; onların iqtisadiyyatı boğulur; insanları didərgin salındı, evləri söküldü. Onların bu vəziyyətin siyasi həllinə olan ümidləri sönməkdədir”, – Quterreş bildirib. Quterreş əlavə edib ki, “Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz. Və bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına da haqq qazandıra bilməz”.
Millinews.az xəbər verir ki, Quterreşin şərhləri İsraili qəzəbləndirib. BMT səfiri Gilad Erdan onları “şok” adlandırıb və baş katibin istefasını tələb edib. Xarici işlər naziri Eli Koen Quterreşlə görüşü ləğv edib.
“Uşaqların, qadınların və qocaların kütləvi qətli kampaniyasına anlayış göstərən BMT-nin Baş katibi BMT-yə rəhbərlik etməyə layiq deyil. Mən onu dərhal istefaya çağırıram”, – deyə Erdan “X” mikrobloqunda yazıb.
Tural