İsmayıllıda “Heydər Əliyev İli”nə həsr olunmuş qaçış yarışı keçirilib
Noyabrın 5-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda “Heydər Əliyev İli”nə həsr olunmuş qaçış yarışı keçirilib.
Millinews.az xəbər verir ki, Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən açılış tədbirində çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan idmanının inkişafındakı əvəzsiz xidmətlərindən, onun layiqli davamçısı olan Prezident İlham Əliyevin bu sahəyə daimi diqqət və qayğısından, ölkəmizdə idmanın inkişafı üçün yaradılan geniş imkanlardan və nəticədə idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan danışıblar. Çıxışlarda, həmçinin idmanın kütləviliyinin təşviqi, əhali arasında sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda mütəmadi olaraq idman tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb və bu baxımdan, İsmayıllıda keçirilən yarışın xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Sonra yarışa start verilib. Finiş xəttinə çatmaq üçün yerli sakinlərlə yanaşı, Bakı, Gəncə, Sumqayıt şəhərləri və Şamaxı, Neftçala, Göyçay rayonlarından qatılan təmsilçilərlə birlikdə, ümumilikdə 300 nəfərdən çox iştirakçı mübarizə aparıb. Müxtəlif yaş qrupları üzrə, müvafiq uzunluq məsafəsinə qaçan iştirakçılar arasından 16 kateqoriyada qaliblər müəyyən edilib.
Zəfər Günü ərəfəsinə təsadüf edən yarış qaliblərin mükafatlandırılması ilə yüksək əhval-ruhiyyədə başa çatıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.