Xəbərlər
Vanuatuda güclü ZƏLZƏLƏ
Okeaniya bölgəsində yerləşən Vanuatunun sahilində 6 maqnitudada zəlzələ olub.
Millinews.az xəbər verir ki, bu barədə Avropa – Aralız dənizi Seysmoloji Mərkəzin verilənlərindən məlum olub.
Qeyd olunub ki, yeraltı təkanların episentri Vanuatunun paytaxtı Port-Viladan 193 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 80 km dərinlikdə olub. Seysmohadisə yerli vaxtla 15:32-də (Bakı vaxtı ilə 08:32-də) qeydə alınıb.
Regionada sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.