Xəbərlər

Son 4 ildə bütün dünyada…

qezza123654789

Rəsmi məlumata görə, İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi kampaniyanın başlamasından bu yana son üç həftə ərzində 3 mindən çox uşaq öldürülüb ki, bu da son dörd ildə bütün dünyada öldürülən uşaqların sayından çoxdur.

Millinews.az xəbər verir ki, bu statistikanı “Save the Children” (“Uşaqları Xilas Edin”) təşkilatı yayıb. Məlumata görə, böyük sayda uşaqlar isə hələ də ciddi təhlükə altında qalır.

Qeyd edək ki, BMT-nin statistikasına görə, 2022-ci ildə dünyanın münaqişələrin olduğu 24 ölkədə 2985 uşaq, 2021-ci ildə 2515 uşaq, 2020-ci ildə 2674 uşaq dünyasını dəyişib. 2019-cu ildə münaqişələrdə ən çox uşaq ölüb: 4019 uşaq.

“Save the Children” təşkilatı Qəzza zolağında atəşi dərhal dayandırmağa çağıran bütün təşkilatlara və ölkələrə qoşulub.

Adəm

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu