Baydenlə Papa arasında KRİTİK MÜZAKİRƏ: Dünyadakı münaqişələr…
Roma Papası Fransisk ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb.
Millinews.az xəbər verir ki, bu barədə TASS Vatikanın mətbuat xidmətinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, prezident və katolik kilsəsinin rəhbəri 20 dəqiqə ərzində dünyadakı münaqişəli vəziyyətləri və onların sülh yolu ilə həlli yollarını müzakirə ediblər.
Papa bundan əvvəl münaqişənin kəskinləşməsi fonunda Qəzza zolağının əhalisini xilas etməyə çağırmışdı. O, girovların azad edilməsini və humanitar dəhlizlərin yaradılmasını təmin etməyi xahiş edib.
Co Bayden bir neçə gün sonra İsrailə səfər edib. Baş nazir Benyamin Netanyahu ilə söhbəti zamanı o, ölkənin müdafiə hüququnu bir daha təsdiqləyib .
Amerika liderinin sözlərinə görə, Fələstinin radikal HƏMAS hərəkatı İsrailin Səudiyyə Ərəbistanı ilə yaxınlaşmasını pozmaq üçün ona hücumlar planlaşdırıb.
Hüseyn İbadlı